Ermənistanda son gündə koronavirusa 391 yeni yoluxma qeydə alınıb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda 233.001 nəfər koronavirusa yoluxub. Hazırda 5.479 nəfər müalicə olunur, 221.729 nəfər sağalıb, son gündə 6 nəfər olmaqla, 4.664 xəstə ölüb.
Daha 1 nəfər koronaviruslu digər xəstəliklər ucbatından vəfat edib. Belə halların ümumi sayı 1.129 -dur.
Beləliklə, ölənlərin ümumi sayı 5.793-ə çatıb.








