Ermənistanın baş naziri Ovik Abramyan ölkənin dövlət qurumlarında korrupsiya faktlarının olmasını etiraf edib.
7News.Az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Abramyanın sözlərinə görə, ölkədə korrupsiyanın səviyyəsi sosial sorğular da daxil olmaqla, müxtəlif dövlət orqanları tərəfindən ölçülməlidir. Bu göstəricilərin dinamikliyinə görə, həm dövlət orqanlarının rəhbərləri, həm də hüquq-mühafizə orqanları hesabat verməlidir:
“Biz vəziyyətin pis olduğu yerlərdə ixtisarlar da daxil olmaqla bır sıra qərarlar qəbul edəcəyik. Dövlət məmurlarının yaxınlarının və qohumlarının satınalmalar və müxtəlif proqramlarla pul mənimsəməsi üçün sərt qaydalar lazımdır”.








