RU
Ermənistanın sabiq BQ rəisinin Paşinyana qarşı iddiası qəbul olunmayıb
18:20
124

Ermənistanın sabiq BQ rəisinin Paşinyana qarşı iddiası qəbul olunmayıb

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Onik Qasparyanın Baş nazir Nikol Paşinyana və eks-prezident Armen Sarkisyana qarşı qaldırdığı məhkəmə iddiası rədd edilib.

7NEWS.Az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Qasparyanın rəsmi nümayəndəsi Şuşanik Stepanyan açıqlama verib.
O, məhkəmə administrasiyasından şikayət ərizəsinin geri çevrildiyi barədə məlumat verildiyini söyləyib.

Qeyd edək ki, Onik Qasparyan Baş nazir Nikol Paşinyanın onu Baş Qərargah rəisi postundan kənarlaşdırmasını qanunsuz adlandırmışdı.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ