Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi havaya qalxandan sonra radarlardan itib.
7News.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təyyarə Gümrü şəhərindəki aeroportdan saat 10:06-da havaya qalxıb. Saat 09:20-də onunla əlaqə itirilib.
Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
7News.Az








