RU
Ermənitanın BMT qətnamələrinə riayət etməməsi üzücüdür
13:20
1942

Ermənitanın BMT qətnamələrinə riayət etməməsi üzücüdür

“Sovet İttifaqı dağıldıqdan və Azərbaycan müstəqil ölkə olduqdan sonra Yaponiya Azərbaycanı müxtəlif sahələrdə daim dəstəkləyib, onun inkşafı üçün lazımi köməkliyi göstərib”. Bu fikirləri Yaponiyanın Azərbaycandakı fövqəlada və səlahiyyətli səfiri Tsuquo Takahaşi “evronews.az” saytına verdiyi ekskluziv müsahibəsində söyləyib. Rəsmi Tokionun Azərbaycana kreditlər ayırdığını vurğulayan səfir bu kreditlərin faizinin real bank faizlərindən çox aşağı olduğunu önə çəkib: “Beynəlxalq ODA - Rəsmi İnkşaf  Dəstəyi proqramı çərçivəsində Yaponiya tərəfindən Azərbaycana dövlət yardımı göstərilir və burada da standart bank faizlərindən olduqca aşağı olan yeni kredit təminatı nəzərdə tutulur. Daha sonra tikilmiş elektrostansiyanı da misal olaraq göstərə bilərik. Hazırda isə su təchizatı sisteminin çəkilişi gedir. Kənd təsərrüfatının inkşafına da Yaponiya maddi yardımlar göstərir”.

Daha sonra Ermənistanın Azərbaycan torpaqlarına etdiyi təcavüzdən danışan səfir rəsmi Tokionun münaqişənin sülh yuolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib: “Mən bilirəm ki, Azərbaycan və Ermənistan respublikaları arasında münaqişə 25 ildir ki, davam edir və bu çox üzgün bir haldır. Təəssüflər olsun ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni  hələ də yerinə yetirməyib. Əlbəttə Azərbaycan və Ermənistan respublikalarının liderləri dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrliyinin iştirakı ilə görüşüblər. Elə bu ərəfələrdə də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Sankt-Peterburqda üçtərəfli görüşü keçirildi və münaqişənin sülh yolu ilə həll olunmasına ümidlər yarandı. Rusiya da bu münaqişənin həllinə çalışır. Biz də hər zaman olduğu kimi məsələnin yalnız və yalnız sülh yolu ilə həll olunmasının tərəftarıyıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ