RU
“Əsas məqsəd korrupsiya ilə mübarizəni daha da gücləndirməkdir” - Müşviq Cəfərov
12:33
389

“Əsas məqsəd korrupsiya ilə mübarizəni daha da gücləndirməkdir” - Müşviq Cəfərov

Aparılan islahatların əsas məqsədi korrupsiya ilə mübarizəni daha da gücləndirmək, vətəndaş-məmur münasibətlərini sağlam prinsiplər üzərində qurulmasını təmin etməkdir

2018-ci il də Azərbaycan Respublikasının Prezidentinin başlatdığı dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən kadr islahatları 2019-cu il də gücləndirilmiş, 2020-ci ildən etibarən isə daha intensiv formada davam edir.

Bu sözləri 7NEWS.az-aaçıqlamasındaMilli Məclisin deputatı Müşviq Cəfərov söyləyib.

Millət vəkili qeyd edib ki, aparılan islahatların əsas məqsədi korrupsiya ilə mübarizəni daha gücləndirmək,vətəndaş-məmur münasibətlərini sağlam prinsiplər üzərində qurulmasını təmin etməkdir. Bu sahədə şəffaflıq və vətəndaş məmnunluğu ilə yanaşı, neqativ hallar hələ də müşahidə olunur. Kadr islahatları nəticəsində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, eləcə də bir sıra şəhər-qəsəbə icra nümayəndələri cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib.

Müşviq Cəfərov deyir ki, dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmışdır.

Deputatın sözlərinə görə 8 may tarixində Azərbaycan Respublikasının DTX tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının nəticəsidir. Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən, nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərində qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək, barələrində həbs qətimkan tədbiri seçilmişdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ