"ABŞ hesab etmir ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsində qalib gəlib”.
Bu haqda Suriya dialoqu üzrə ABŞ-ın xüsusi nümayəndəsi Ceyms Ceffri Nyu-Yorkda brifinqdə bildirib.
"Bəşər Əsəd hesab edə bilər ki, o, hazırda qalib gəlib. Amma o, Suriya ərazisinin təxminən yarısını əlində saxlayır, əhalinin yarısı onun nəzarəti altında deyil. O, cəsəd dövlətdə - praktik olaraq iqtisadiyyatı, neft və qaz resurslarına girişi olmayan, bərpasına ümid olmayan bir dövlətdə oturur. Çünki, ABŞ onları bloklayır. Ona görə düşünmürəm ki, o, bir şey udub”, - Ceffri deyib.
Bundan başqa, o bildirib ki, Rusiyaya Əsədi dəstəkləmək vacib deyil.
7News.Az








