RU
Əsəddən Putinə başsağlığı: Bu, İsrailin dikbaşlığının nəticəsidir
10:20
288

Əsəddən Putinə başsağlığı: Bu, İsrailin dikbaşlığının nəticəsidir

Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib. 

7News.Az xəbər verir ki, Əsəd Suriya səmasında Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulması nəticəsində insanların həlak olmasından kədərləndiyini bildirib.  

Suriya prezidenti qeyd edib ki, bu hadisə İsrailin dikbaşlığının nəticəsidir. O ümidvar olduğunu bildirib ki, İl-20 təyyarəsinin vurulması Rusiya və Suriyanın terrorçuluğa qarşı birgə mübarizəsinə mane olmayacaq.

Qeyd edək ki, Putin Suriyada baş verən hadisədə İsraili günahlandırmışdı. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ