RU
Əsgərimizin
11:55
702

Əsgərimizin "Şəhidlər Xiyabanı"nda dəfn edilməsinə icazə verilmədi

Fevralın 25-də Xocavənd rayonunda həlak olmuş əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki "Şəhidlər Xiyabanı”nda dəfn edilməsinə izin verilməyib.

7News.az  xəbər verir ki, "Turan”-a bu barədə məlumatı mərhum əsgərin atası Nazim Cəfərov verib.

O, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsinin "Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur”, - dediyini söyləyib:

"Odur ki, Zakiri adi kənd qəbiristanlığında dəfn etdik”.

"Bu, Vətən uğrunda canından keçən şəhidin xatirəsinə hörmətsizlikdir. Rayon hakimiyyətinin rəftarı hiddət doğurur. Şəhidlər Xiyabanında yer var, bunlar bəhanədir”, - hüquq müdafiəçisi Elşən Həsənov belə deyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-da əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Buna baxmayaraq tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Son günlər isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu xəbərləri yayılır.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ