RU
Əsl möcüzə: balaca Əli 12 saat sonra xilas olundu - VİDEO - FOTO
14:40
279

Əsl möcüzə: balaca Əli 12 saat sonra xilas olundu - VİDEO - FOTO

İndoneziyadakı dəhşətli sunaminin viran qoyduğu şəhərdəki xarabalıqlar altından 5 yaşlı oğlan çıxarılıb. O, 12 saat sərasər dağıntıların altında qalmışdı.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, sunami nəticəsində 281 nəfər həlak olub, 800 nəfər yaralanıb.

"Krakataunun övladı" adlı vulkanın püskürməsi nəticəsində yaranan 6 metr hündürlüyündə dalğa Zond boğazında sunamiyə səbəb olub.

Yava və Sumatra adaları arasındakı sunami 500 evi, 9 oteli, 60 dükanı və 350 qayığı darmadağın edib.

Balaca Əli sunaminin kökündən çıxarıb aşırdığı ağacların altında qalıb xurd-xəşil olmuş maşında idi.

 

Polislər uşaq səsi eşidəndə ağacların olduğu səmtə gediblər. Polis zabiti Əlini görəndə xilasetmə işləri başlanıb.

Xilas edilmiş Əli qorxusundan ağlayırdı.

7News.Az

Əsl möcüzə: balaca Əli 12 saat sonra xilas olundu - VİDEO - FOTO

Əsl möcüzə: balaca Əli 12 saat sonra xilas olundu - VİDEO - FOTO


Əsl möcüzə: balaca Əli 12 saat sonra xilas olundu

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ