"Taliban" hərəkatının liderlərindən Xəlil Rahman Həqqani ölkədən qaçan Əfqanıstan Prezidenti Əşrəf Qanini təqib etməyəcəklərini bildirib.
7News.Az "Reuters"ə istinadla xəbər verir ki, hərəkatın elan etdiyi amnistiyaya ona da şamil olunub.
Həqqaninin sözlərinə görə, "Taliban" keçmiş birinci vitse-prezident Əmrullah Saleh və keçmiş milli təhlükəsizlik müşaviri Həmdullah Mohib də əfv edib.
Hər iki şəxs qiyamçılarla mübarizəni davam edəcəklərini bildirib.








