RU
Estetik əməliyyat etdirən qadın onu bəyənməyən ərini məhkəməyə verdi - FOTO
17:40
438

Estetik əməliyyat etdirən qadın onu bəyənməyən ərini məhkəməyə verdi - FOTO

Estetik əməliyyatını bəyənməyən ərinə boşanma davası açan qadın ondan 20000 manat təzminat tələb edib. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bədəninin müxtəlif yerlərini estetik əməliyyat etdirən Nalan.H həyat yoldaşı Akif.H-nın onu təhqir etdiyini bildirərək əvvəl boşanma davası açdı, sonra da təzminat tələb etdi. 

Nalan.H bildirib ki, sinəsini və ayağının müxtəlif yerlərini əməliyyat etdirib: "İlk öncə xoşuna gəldi. Sinəm dikləşəndən sonra məni təhqir etməyə başladı. Əməliyyatımda heç bir problem yox idi. Əxlaqsız bənzətmələr üstündə aramızda mübahisələr yarandı. Yatağını belə ayırdı. Əməliyyat etdirdiyim ərimlə mənim aramda olan məsələ idi. O, estetik əməliyyat etdirdiyimi mənim və özünün ailəsinə, dostlarına da dedi. Hər kəs məni ələ salmağa başladı. Psixologiyamı da pozdu".

7News.Az
Estetik əməliyyat etdirən qadın onu bəyənməyən ərini məhkəməyə verdi - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ