Balakəndə narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan rayon sakinləri həbs edilib, onlardan 11 ədəd çətənə bitki kolları götürülüb.
Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri keçirib.
Tədbir nəticəsində rayonun Tülü kənd sakini Kənan Orucovun yaşadığı evin həyətyanı sahəsində, qarğıdalı əkilən ərazinin yaxınlığından hündürlüyü 31 sm-dən 48 sm-ə qədər olan iki ədəd narkotik tərkibli bitki vesab edilən çətənə kolları bitkisi aşkar edilib. Həmin gün rayonun Qazma kənd sakini Elman Şindiyevin yaşadığı evin həyətyanı sahəsindəki istixananın içərisində xüsusi dibçəklərdə əkilmiş hündürlüyü 60 sm-dən 1m 30 sm-ə qədər olan 9 ədəd narkotik bitki hesab edilən çətənə kolları bitkisi aşkar olunub.
Hər iki fakt üzrə aşkar edilən çətənə kolları bitkiləri ərazidən yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Kənan Orucov və Elman Şindiyev tutularaq istintaqa təhvil ediliblər.
Faktla bağlı araşdırma aparılır./atv.az
7news.Az








