RU
Etirazçı qadınları Ermənistan Müdafiə Nazirliyinin binasından helikopterlərlə uzaqlaşdırırlar - VİDEO
17:01
1091

Etirazçı qadınları Ermənistan Müdafiə Nazirliyinin binasından helikopterlərlə uzaqlaşdırırlar - VİDEO

Ermənistanda itkin düşən hərbçilərin yaxınları tərəfindən mühasirəyə alınan Müdafiə Nazirliyinin binasından qadınların bir hissəsi helikopterlə təxliyə edilir.

"Sputnik Ermənistan” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ilk növbədə hamilə qadınları, səhhətində problemi olanları və dünən gecə özünü pis hiss edənləri çıxarırlar.

 

Qeyd edilir ki, itkin düşənlərin valideynləri nazirliyin binasını mühasirəyə alıblar. Onlar Müdafiə naziri Baqarşak Arutyunyan və Baş Qərərgah rəisi Artak Dakvtyanla görüş tələb edirlər.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ