RU
Ev partladı, qonaqla ev sahibi yandılar
22:45
436

Ev partladı, qonaqla ev sahibi yandılar

Abşeron rayonunda mənzildə partlayış olub.

Hadisə fevralın 10-da rayonun Mehdiabad qəsəbəsindəki yeni yaşayış sahəsində qeydə alınıb. Təvəkkül Məmmədovun evində təbii qaz sızmasından yanğına keçən partlayış nəticəsində dağıntı olmayıb, evin 20 kv.m sahəsində yanar konstruksiyalar yanıb. Yanıq xəsarətləri alan ev sahibi və qonağı, Bakı şəhər sakini İlham Kərimov xəstəxanaya yerləşdiriliblər./apa

 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ