RU
Evliliyi xilas etməkdən yazan keşiş çoxarvadlılığa görə həbs edildi
11:50
26

Evliliyi xilas etməkdən yazan keşiş çoxarvadlılığa görə həbs edildi

Həyat yoldaşını sevmək və evliliyi xilas etmək mövzusunda kitab yazan 62 yaşlı keşiş Lesli Uilyams Floridada həbs edilib. O, çoxarvadlılıqda (biqamiya) ittiham olunur.

Bu barədə "New York Post" nəşri məlumat yayıb.

Keşiş Lesli Uilyams aprelin 22-də Corciya ştatında verilən order əsasında saxlanılıb. O, Florida ştatının təqaüdçülər üçün nəzərdə tutulan "The Villages" icmasında dini xidmətə rəhbərlik edirdi. Keçən ilin dekabr ayında keşiş sosial şəbəkələrdə Sindi adlı bir qadınla evləndiyini elan edib. Bu xəbər sosial media istifadəçiləri tərəfindən həm təbriklərlə, həm də keşişin artıq evli olması ilə bağlı təəccüblə qarşılanıb. Hazırda hakimiyyət orqanları keşişin Corciya ştatına ekstradisiyasını tələb edir.

Qeyd edək ki, Lesli Uilyams 2017-ci ildə "Onu belə sev: Onu heç vaxt olmadığı kimi sev" adlı kitab nəşr etdirib. "Amazon" platformasındakı kitab təsvirinə görə, müəllif kişilərə münasibət problemlərini necə həll etmək və ailəni dağılmaqdan necə qorumaq barədə məsləhətlər verir. Keşiş hazırda girov müqabilində azadlığa buraxılmadan həbsxanada saxlanılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ