RU
Əvvəlcə arvadını sonra iki övladını boğub öldürdü - Dəhşətli qətl
15:40
864

Əvvəlcə arvadını sonra iki övladını boğub öldürdü - Dəhşətli qətl

Hatay əyalətinin İskəndərun rayonunda evlərində ölü tapılan 41 yaşlı Aynur Mərt, uşaqları 16 yaşlı Aleyna və 14 yaşlı Əhməd Əli Mərtin öldürüldükləri məlum olub.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra tutularaq saxlanılan keçmiş çavuş 47 yaşlı Turqay Mərt həyat yoldaşı Aynuru və 2 uşağını boğaraq öldürdüyünü etiraf edib.

Turqay Mərt günorta saatlarında qonşusu H.A. -ya telefonla zəng edərək "Evimin açarı poçt qutusundadır. Açarı götür, içəri gir. Ancaq çox pis şeylərlə qarşılaşacaqsınız. Heç kimə xəbər verməyin. Sadəcə bax " deyərək telefonu söndürüb.

Qonşusu polisə zəng edərək məlumat verib.

Həmin ünvana gələn polis əməkdaşları poçt qutusunda tapılan açarla mənzilin 3 -cü mərtəbəsindəki evə girəndə Aynur Mərt və uşaqları Aleyna və Əhməd Əli Mərtin yan -yana dayanan cansız bədənləri ilə qarşılaşıblar.

Polis əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı cinayəti törətməkdə şübhəli bilinən Turqay Mərt saxlanılıb.

O, ifadəsində həyat yoldaşını və uşaqlarını boğaraq öldürdüyünü etiraf edib. Bildirib ki, hadisə baş verən günü günorta saatlarında həyat yoldaşı ilə mübahisə edib. Bu zaman əsəblərini cilovlaya bilməyən kişi arvadını əlləri ilə boğaraq öldürüb.

Daha sonra litseydən evə gələn oğluna içərisinə yuxu dərmanı atdığı ayranı içirmək istəyib. Lakin 14 yaşlı Əhməd Əli ayranı içmək istəməyib. Gözü çönmüş ata əlləri ilə oğlunuda boğaraq öldürüb.

Sonra eyni liseydə oxuyan qızı Aleynanın gəlməsini gözləyib. Qızı evə gələn kimi onuda boğaraq öldürüb və evin qapısını bağlayaraq mənzidən uzaqlaşıb.

Araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ