RU
Çexiya silah sənayesinə ukraynalı mütəxəssislər cəlb etməyə hazırdır
23:10
492

Çexiya silah sənayesinə ukraynalı mütəxəssislər cəlb etməyə hazırdır

Çexiya silah sənayesində işləmək üçün bir neçə minə qədər ukraynalı mütəxəssisi qəbul etməyə hazırdır.

7NEWS.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya müdafiə nazirinin müavini Tomaş Kopeçnı Çexiya radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, ukraynalılar artıq Çexiyanın sənaye müəssisələrində işləyirlər və hökumət çexlərin ukraynalılarla birlikdə işləyəcəyi bütöv birləşmiş sənaye klasterləri yaratmaq niyyətindədir.

Nazir müavini qeyd edib ki, ölkədə müxtəlif müəssisələrdə mütəxəssis çatışmazlığı var və ukraynalı mütəxəssislərin cəlb olunması hər iki ölkə üçün faydalı olacaq.

T.Kopeçni onu da əlavə edib ki, bu qərar Çexiya Baş naziri Petr Fiala ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında oktyabrda Kiyevdə keçirilən görüşün nəticəsidir. O bildirib ki, P.Fiala artıq ukraynalı mütəxəssisləri cəlb etmək üçün icazə verib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ