RU
Çexiyada ev heyvanlarının öldürülməsi cinayət hesab ediləcək
11:10
25

Çexiyada ev heyvanlarının öldürülməsi cinayət hesab ediləcək

Çexiya Nazirlər Kabineti ev heyvanlarının öldürülməsinin inzibati xəta kateqoriyasından çıxarılaraq cinayət məsuliyyəti yaradan əməllər sırasına daxil edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

7News.Az CTK agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə baş nazirinin birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek məlumat verib.

Yeni qanun layihəsinə əsasən, ev heyvanları ilə amansız rəftar edən şəxsləri ən azı bir il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda sənəd təsdiqlənmək üçün respublika parlamentinin Deputatlar Palatasına (aşağı palata) göndərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ