RU
Əxlaqsızlıq yuvasından çörəkpulu qazananlar
13:24
445

Əxlaqsızlıq yuvasından çörəkpulu qazananlar

Yusif və Ələkbər adlı şəxslərin işlətdikləri obyektdə hansı hoqqalar yaşanır?
Bir-iki gün bundan öncə Deryaz.az saytının redaksiyasına məlumatlı mənbə tərəfindən belə bir məlumat çatdırıldı ki, "Xaldan kruqu” adlanan ərazidən Şəki rayonuna gedən yolda, hansı ki, "Şəki” reklam lövhəsi asılmış "plakat”ı keçdikdən sonra yolun sol üst hissəsində fəaliyyət göstərən və Yusif adlı şəxsə məxsus olduğu bildirilən obyekdə gündəlik minbir hoqqalara qol qoyulur. Məlumatlı mənbə onu da bildirir ki, obyektin əsl sahibi Yusif adlı şəxs olsa da, ona əməlli-başlıca dəstək verən, bu şəxsin düzüb-qoşduğu işlərin "xod” getməsinə səbəb olan şəxslərdən biri də, əslən Bərdə rayonundan olan Ələkbər adlı şəxsdir. Hər kəsə bəllidir ki, adı "ƏL” və "ƏKBƏR” sözlərinin birləşməsindən əmələ gələn, tutduğu əməllərinə görə böyük bir regionda "nüfuz sahibi” olan bu şəxsin, gənc yaşlarından indiyə kimi məşğul olduğu əsas peşə, yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaratmaq olub. Yəni, bu şəxsin fəaliyyətində əsas strategiya, əsas məqsəd, əsas amal belə bir addımlarını atmaq və bu yolla da var-dövlət əldə etmək olub. Əldə etdiyimiz müəyyən məlumatlara görə, son vaxtlar bu şəxsin Bərdədə "işi tormozlandığından” o, qeyd olunan ünvana "köç edib”. Söyləninlənlərə görə, Yusif və Ələkbər adlı şəxslər qeyd olunan obyektdə gündəlik qadınların cinsi istismar olunmalarına şərait yaratmaqla, əldə olunan gəlirlərə hər ikisi şərik olurlar.

Redaksiyamıza çatdırılan başqa bir məlumatlara görə, Yusif və Ələkbər adlı şəxslərin işlətdikləri bu obyektdə gündəlik ən azından 11 nəfər "gözəgəlimli xanım” müştəri hüzurunda "sərasər dayanırlar”. Söylənilənlərə görə elə hallar da olur ki, müştərilər çox olduqda Ələkbər adlı şəxs özünün təsir dairəsində saxladığı digər "gözəgəlimli xanımlara” "VIZIV” verməklə, onları qısa müddət ərzində həmin obyektə gətirə bilir. Çox keçmir ki, "çalçağır” da həmin andan başlayır. Yəni, "alan kim, satan kim!” Bütün bunlar da onu sübut edir ki, hər iki şəxsin ələlə verib işlətdikləri həmin obyek, bu gün ən böyük əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir. Yusif adlı şəxsə məxsus olduğu bildirilən bu obyektin belə bir yöndə fəaliyyət göstərməsinə əsas səbəb, obyektin bir növ "əlçatmaz, ünyetməz” xəlvəti ərazidə yerləşməsidir.

Bu obyektdə iş vaxtının əsas etibarilə axşam saatlarında başlandığı bildirilir. Həmin saatlardan sonra Yusif və Ələkbər adlı şəxslərlə razılaşdırılmış qiymətə işləməyə razı olan "seçmə xanımlar” bu obyektə üz tuturlar və çox keçmir ki, onlar müştəri hüzurunda "sərasər dayanırlar”. İndi olub-keçənlərə, həmçinin bu obyektdə baş verən hər cür qanunsuzluq əməllərinin varlığına diqqət yetirək. Bir tərəfdən aidiyyəti dövlət qurumları qadınların cinsi istismar olunmalarına qarşı ardıcıl mübarizə tədbirləri həyata keçirirlər, digər tərəfdə Yusif və Ələkbər adlı şəxslər isə, düşünüb-daşındıqları addımlarını atırlar.

Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, Yusif və Ələkbər adlı şəxslər qol qoyduqları belə bir əməllərinə görə, hal-hazırda bölgədə ən çox "iş stajı”na sahib olan şəxslər hesab olunurlar. O halda sual oluna bilər ki, görəsən qeyd olunan ərazinin "dan ulduzu”na çevrilən hər iki şəxsə "arxa-dayaq” duran vəzifə sahibi kimdir? Çünki, heç cür inandırıcı deyil ki, hər iki şəxsə kimsə "arxa-dayaq” durmadan, onlar Xaldan-Şəki yolunun üstündə belə bir formada "fironluq” edə bilsinlər. Düşündürücü hal isə, Şəki rayon İcra Hakimiyyəti rəhbərliyinin, Şəki rayon Prokurorluğunun, Şəki şəhər Polis Şöbəsinin, ərazi üzrə cavabdehlik daşıyan digər vəzifə sahiblərinin və s. bu cür biabırçılıqlara, hər cür qanunsuzluqlara göz yummalarıdır. Gündəlik ən azından 11 nəfər Azərbaycan qadınının cinsi istismar olunması, belə bir yollarla hansısa məbləğdə gəlir əldə etməyin özü, birbaşa biabırçılıqdır, rüsvayçılıqdır. O halda sual oluna bilər ki, səbəb nədir ki, qədim tarixə və mədəniyyətə malik olan Şəki şəhəri ərazisində bu cür hoqqaların baş verməsinə göz yumulur. Məsələnin düşündürücü tərəfi odur ki, Yusif adlı şəxsə məxsus olduğu bildirilən bu obyektdə bir ədəd olsun belə kassa aparatı yoxdur. Ona görə də, həmin obyektə üz tutan müştərilərin heç birinə heç bir halda ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi vergi məsələsini qarşı tərəflə razılığa gəldiyi formada həll edir. Belə bir halın varlığı da, obyekt sahibinin əldə etdiyi gəlirlərin daha çox hissəsinin vergidən gizlədilməsinə imkanlar açır. Bu həm əmək intizamının tələblərinin pozulması, həm də vergi cinayətinin baş verməsi deməkdir. Əsas məqamlardan biri də, müştərilərlə "gözəgəlimli xanımlar”ın görüşü baş tutarkən və onlar otaqlara daxil olarkən, həmin şəxslərin nigahda olub-olmadıqları araşdırılmır, obyektdə çalışan işçilərlə əmək müqaviləsi bağlanmır, natəmizlik halları tüğyan edir və s, vəalaxır kimi olaylar baş verir. Eşitdiyimiz bəzi məlumatlara görə, obyektdə yaşananlarla bağlı bu günədək ayrı-ayrı media qurumlarında dəfələrlə tənqidi məqalələr işıq üzü görüb, problemlərin varlığı qabardılıb və o da vurğulanıb ki, qeyd olunan ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün hər cür şərait yaradılıb.

Bir məqamı da qeyd edək ki, Yusif və Ələkbər adlı şəxslərin ələlə verib işlətdikləri bu obyektdə baş verən hər cür iyrənc hoqqalarla bağlı açıqlama dərc etdikdə, çox keçmir ki, bəzi "ağzıqara jurnalistlər” "yuyulmamış çömçə” kimi ortaya atılıb, müəyyən yollarla hər iki şəxsi müdafiə edirlər. Yəni, bu cür "məxluqlar” hansısa maraqlarının təmin olunduğu üçün, məhz belə bir addımlarını atırlar. O halda onlara sual edirik ki, gündəlik ən azından 11 nəfər "gözəgəlimli xanım”ın cinsi istismara məruz qalması, daha çox gəncliyin "deqradasiya”ya uğraması, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin tapdaqlar altına atılması və s. məqsədəuyğun haldır, yoxsa həmin obyektin fəaliyyətinin dayandırılması?

Hal-hazırda bu obyektdə atılan addımların varlığını eşitdikcə, sanki öz-özlüyümüzdə təəssüf hissi də keçiririk. Hətta, obyektdə hər cür iyrənc əməllərin baş verməsinə birbaşa cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik. Çünki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Milli Fəaliyyət Planı”nın 2-ci bəndində qeyd olunub ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Sərəncamla təsdiq edilmiş və "Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin, aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirilməsini təmin etsin. Qarşıya belə bir tələblər qoyulsa da, baş verənləri təhlil edib o qənaətə gəlmək olur ki, bu gün nə Şəki RİH-i, nə Şəki rayon Prokurorluğu, Şəki RPŞ-i, nə də ki, adı çəkilən obyektə sahiblik edənlər ölkə rəhbərinin imzaladığı "Milli Fəaliyyət Planı”na məhəl qoymurlar. Belə bir halın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.

P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə Yusif adlı şəxsə məxsus olduğu bildirilən obyektdə yaşanan hoqqalarla bağlı müəyyən çəkilişləri və bəzi səsyazmaları, baş verən "tükürpədici addımlar”ı, hər cür qanunsuzluq hallarının varlığını və s. hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ