RU
“Əziz qardaşım İlham Əliyev...” — Kadırovdan ad günü təbriki
17:27
1267

“Əziz qardaşım İlham Əliyev...” — Kadırovdan ad günü təbriki

Çeçen Respublikasının başçısı Ramzan Kadırov öz İnstaqram səhifəsində Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
 
7news.Az Virtualaz.org-a istinadən xəbər verir ki, R.Kadırov yazıb:
 
"Assalamu aleykum! Əziz QARDAŞIMI, Azərbaycan Prezidenti İlham Əliyevi yubileyi münasibətilə təbrik edirəm. Mən xalqlarımız, Azərbaycan və Çeçen Respublikaları arasındakı həqiqi qardaşlıq və dostluq münasibətlərini, hansı ki, əsası bizim atalarımız - Azərbaycan Prezidenti Heydər Əliyev və ÇR-in Birinci Prezidenti, Rusiya Qəhrəmanı Əhmət-Hacı Kadırov tərəfindən qoyulub, çox yüksək qiymətləndirirəm.
 
Bizim iqtisadiyyatda, sosial sferada, mədəniyyətdə, təhsildə və idmanda əməkdaşlığa yönəldilmiş çoxlu birgə planlarımız var. Və onlar reallaşdırılacaq! Hörmətli İlham Heydəroğlu, Sizə möhkəm can sağlığı, müvəffəqiyyətlər, əmin-amanlıq, həmçinin qardaş Azərbaycana sülh və çiçəklənmə arzulayıram!”.
 
Çeçenistan Respublikasının başçısı öz təbrikinə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini və Bakının görünüşünü əks etdirən kadrlardan ibarət videoçarx da əlavə edib.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ