RU
FACİƏ: 50-dən çox insan kömür mədənində qaldı
16:43
476

FACİƏ: 50-dən çox insan kömür mədənində qaldı

İranın şimalında yerləşən kömür mədənlərindən birində partlayış baş verib. Məlumata görə, partlayış kömür mədəninin giriş-çıxışını bağlayıb.

7News.az xəbər verir ki, ilkin məlumatlara görə mədəndə 50 nəfərdən çox işçi qalıb.

Partlayış İranın Gülüstan əyalətində yerləşən Zemestanyurt kömür mədənində yerli vaxtla 12:45 radələrində baş verib. Baş verən partayışda ölən və yaralananların olduğu deyilir.

Şahidlər mədəndə 50 nəfərdən çox işçi qüvvəsinin qaldığını deyib. Partlayış nəticəsində mədəndə qalan qazmaçılardan bir neçəsi həyatını itirib.

Rəsmilərin verdiyi məlumata görə, onlarla yaralı təcili xəstəxanaya yerləşdirilib.
Mədəndə qalan qazmaçıların axtarışları dava edir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını, helikopter və xilasedici dəstə cəlb olunub.//publika
 
7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ