RU
Faciəvi qəzada həyatını itirən tələbələrlə bağlı KOLLECDƏN ŞOK AÇIQLAMA -
15:06
1613

Faciəvi qəzada həyatını itirən tələbələrlə bağlı KOLLECDƏN ŞOK AÇIQLAMA - "Sən demə onlardan 4 nəfəri..."

20 mayda Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsində dünyasını dəyişən tələbələrlə bağlı daha bir məqam üzə çıxıb.

Bakı-Qazax magistralının 112-ci kilometrliyindəki döngədə aşan "Hyundai Accent" markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobildə vəfat edən 5 gəncin hamısı İmişli rayon 5 saylı orta məktəbin məzunları olub. Lakin məlum olub ki, onların hamısı Bakı Maliyyə İqtisadi Kollecinin tələbələri deyil.

Bakı Maliyyə-İqtisad Kollecinin direktor əvəzləyicisi Oruc Məmmədov Sonxeber.az-a açıqlamasında bildirib ki, qəzada həyatını itirən tələbələrdən yalnız bir nəfər - İmişli rayon sakini, Murad Süleymanlı Bakı Maliyyə-İqtisad Kollecinin tələbəsidir.

"Qəzada dünyasını dəyişən tələbələrin hamısının Maliyyə-İqtisad Kollecinin tələbləri olması ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.

Vəfat edən tələbələrdən yalnız bir nəfər Murad Süleymanlı bizim kollecin tələbəsidir. Murad çalışqan, dərslərə davamiyyətli tələbə olub.Allah ona rəhmət etsin!". Direktor əvəzləyicisi deyib.

Faciəvi qəzada həyatını itirən tələbələrlə bağlı KOLLECDƏN ŞOK AÇIQLAMA -

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ