Federal Təhqiqat Bürosu (FBI) Ağ Evə partlayıcı dron hücumunun qarşısını alıb.
"New York Post” un xəbərinə görə, məsələ ilə bağlı beş nəfər saxlanılıb.
Hücumun Ağ Evin cənub qazonunda keçirilən "UFC Freedom 250” tədbiri zaman baş verməsi planlaşdırılıb.
Məlumata görə, hücumun ilk mərhələsində partlayıcılarla yüklənmiş dron tədbirin keçirildiyi yerin yaxınlığındakı binalara çırpılmalı, bununla da kütləvi panikaya səbəb olmalı və insanları həmin ərazidən uzaqlaşdırmalı, qaçan insanları snayper atəşi üçün əlverişli hədəfə çevriməli idi.
Hücumun ikinci mərhələsində isə hücum edən şəxslər Ağ Evin darvazasına girməli idilər.
Planın üstü iyunun 10-da açılıb və istintaq nəticəsində beş nəfər həbs edilib.
Saxlanılanlardan birinin telefonuna baxış zamanı məlum olub ki, sözügedən şəxslər "Signal” tətbiqi vasitəsilə terror hücumunun detallarını müzakirə ediblər.
Saxlanılan şəxs hücumun hədəfinin "kapitalist elita, milyarderlər və AIPAC (Amerika-İsrail İctimai İşlər Komitəsi)-dən pul alan siyasətçilər” olduğunu bildirib.
Qeyd edək ki, tədbirdə 4300-ə qədər iştirakçı olub.








