Rusiyanın Ufa şəhərində azərbaycanlı fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
1988-ci il təvəllüdlü Savad Eynulla oğlu Kazımov çalışdığı tikinti obyektində hündürlükdən yıxılaraq həyatını itirib.
Məlumata görə, hadisə onun işlədiyi binada baş verib. Aldığı ağır xəsarətlər nəticəsində Savad Kazımovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum Biləsuvar rayonunun Xırmandalı kənd sakinidir.








