Türkiyənin Karaman rayonunda fəhlə Mehmet Emin Songün ilk iş günündə tikintisi davam edən binanın 13-üncü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
7News.Az Haberler-ə istinadən xəbər verir ki, fəhlənin yıxılma anı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.
Qeyd edək ki, qorxunc hadisə dünən günorta saat 1 radələrində baş verib.
7News.Az












