Görüşdə təmsil olunan təşkilatların fəaliyyət istiqamətləri, nazirliklə sıx əməkdaşlıq məsələləri, qarşılaşdıqları çətinliklər müzakirə edilib. Gənclərin ictimai fəallığının daha da artırılması, gənclərin sosial və məşğulluq problemlərinin həllinə yönəlmiş layihələr barədə fikir mübadiləsi aparılıb.
Təşkilat rəhbərlərinin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov gənclər təşkilatlarının təkcə ölkə daxilində deyil, eyni zamanda beynəlxalq müstəvidə də daha aktiv fəaliyyət göstərməsi, gənclərlə işin daha çox gənci əhatə etməli olduğunu qeyd edərək, bu sahədə müvafiq tövsiyələrini verib.
Görüşdə nazir müavini İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, nazirliyin məsul əməkdaşları və 11 gənclər təşkilatının rəhbərləri iştirak ediblər.










