RU
FIFA Zelenskinin çıxışını yayımlamaqdan imtina etdi
18:00
130

FIFA Zelenskinin çıxışını yayımlamaqdan imtina etdi

FIFA Qətərdə keçirilən dünya çempionatının finalında Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhlə bağlı videomüraciətini yayımlamaqdan imtina edib.

Bu barədə məlumatı öz mənbələrinə istinadən "CNN” yayıb. 

Məlumata görə, Zelenskinin Ofisi FIFA-ya müraciət edərək dekabrın 18-i keçiriləcək finaldan əvvəl stadionda Zelenskinin çıxışının yayımlanmasını təklif edib. Federasiyanın isə bundan imtina etməsi Ukrayna Prezidentinin Ofisini təəccübləndirib.

Xatırladaq ki, dekabrın 18-i Argentina və Fransa milli komandaları dünya çempionatının final qarşılaşması baş tutacaq. Oyun Bakı vaxtı ilə 19:00-da başlayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ