7NEWS.az xəbər verir ki, Filippin polisi ötən aylarda Filippinin şimalındakı Metro Manila bölgəsində 4 fərqli nöqtədə əməliyyat keçirərək cinsi istismara məruz qaldığı zənn edilən 10-18 yaş arası 16 uşağı xilas edib. Avstraliya polisi Sidneyə qaçarkən Filippində bir neçə nəfəri cinsi istismar edən şəxsi yaxalayıb. Avstraliya polisindən verilən açıqlamada, şübhəlinin Avstraliyanın Sidney şəhərində saxlanılmasından sonra telefonun yoxlanıldığı və telefonda nalayiq görüntülər və mesajların olduğu bildirilib. Bildirilib ki, saxlanılan şəxs yetkinlik yaşına çatmayanları cinsi əlaqə məqsədilə istismar etmə cinayəti də daxil olmaqla 3 ittihamla üzləşib və şübhəli şəxs maksimum 15 il müddətinə azadlıqdan məhrum edilib.
7NEWS.az








