RU
Filippində qəzaya uğrayan hərbi təyyarədəki 85 nəfərdən 40-ı xilas edilib - YENİLƏNİB
10:45
351

Filippində qəzaya uğrayan hərbi təyyarədəki 85 nəfərdən 40-ı xilas edilib - YENİLƏNİB

Filippin Hərbi Qüvvələrinin təyyarəsi ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda yerə çırpılıb.

Bunu Filippin Silahlı Qüvvələrnin komandanı Sirilito Sobedcan bildirib.

Filippin Silahlı Qüvvələrinin komandanı xilasetmə əməliyyatının davam etdiyini, indiyə qədər 40 nəfərin xilas edildiyini açıqlayıb.

Təyyarənin göyərtəsində 85 nəfər olub.

***


Filippində göyərtəsində 85 nəfərin olduğu hərbi təyyarə ölkənin cənub-qərbindəki Xolo adasına eniş edən zaman qəzaya uğrayıb.

Yanan təyyarədən 15 nəfər çıxmağı bacarıb.

Xilasedicilər hadisə yerinə cəlb olunub.

***


 

Filippində hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində 85 hərbçi var./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ