RU
Filippində sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
13:52
166

Filippində sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb


7NEWS.az xəbər verir ki, Korean Air-in Seul-Sebu reysini həyata keçirən A330-322 tipli sərnişin təyyarəsi Mactan-Sebu Beynəlxalq Hava Limanına enərkən pis hava şəraiti səbəbindən dayana bilməyib və uçuş-enmə zolağından çıxıb. Uçuş-enmə zolağından çıxaraq çəmənlikdəki siqnal nişanlarına çırpılan təyyarəyə ciddi ziyan dəyib, təyyarədə olan 162 sərnişin təxliyə edilib. Qəzada can itkisi olmasa da, sərnişinlər sağlamlıq müayinəsindən keçmək üçün terminal binasına köçürülüb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ