RU
FİLM KİMİ: Doğuşda ayrılan əkizlər 36 il sonra, doğum günlərində GÖRÜŞDÜLƏR - FOTO-VİDEO
15:20
361

FİLM KİMİ: Doğuşda ayrılan əkizlər 36 il sonra, doğum günlərində GÖRÜŞDÜLƏR - FOTO-VİDEO

Cənubi Koreyadan olan, doğuşda ayrılıb iki fərqli amerikalı ailəyə verilən əkizlər Molli Sinert və Emili Buşnell 36 il sonra bir-birilərini tapıblar və ad günlərində görüşüblər.

FİLM KİMİ: Doğuşda ayrılan əkizlər 36 il sonra, doğum günlərində GÖRÜŞDÜLƏR - FOTO-VİDEOBu barədə "Good Morning America" xəbər verir.

Belə ki, uşaqlar naməlum səbəbdən körpə vaxtlarından ABŞ-a övladlığa veriliblər: Sinerti Floridadan, Buşnelli isə Pensilvaniyadan olan yəhudi ailə götürüb.

FİLM KİMİ: Doğuşda ayrılan əkizlər 36 il sonra, doğum günlərində GÖRÜŞDÜLƏR - FOTO-VİDEOQadınlar əkiz bacılarının olduğundan xəbərsiz yaşayıblar, lakin övladlığa götürüldüklərini bildikləri üçün DNT testi etdiriblər və nəticədə bir-birilərinin varlığından xəbər tutublar.

FİLM KİMİ: Doğuşda ayrılan əkizlər 36 il sonra, doğum günlərində GÖRÜŞDÜLƏR - FOTO-VİDEOMolli ailəlidir, Emili isə qızını tək böyüdən anadır. DNT testi vermək məhz onun qızının təşəbbüsü olub. Nəticələr məlum olduqda Molliyə qızının olduğunu deyiblər. Həmin qız isə Emilinin qızı olub. Onlar sosial şəbəkə vasitəsi ilə əlaqə qurublar.

Tanış olduqdan sonra məlum olub ki, bacıların hər ikisinin uşaqlıqda pişiyi olub, hər ikisi buraxılış gecəsində oxşar paltar geyiniblər.

FİLM KİMİ: Doğuşda ayrılan əkizlər 36 il sonra, doğum günlərində GÖRÜŞDÜLƏR - FOTO-VİDEOFİLM KİMİ: Doğuşda ayrılan əkizlər 36 il sonra, doğum günlərində GÖRÜŞDÜLƏR - FOTO-VİDEOOnlar ilk görüşlərini ad günlərinə, martın 29-na salıblar. Həmin gün bacıların 36 yaşı tamam olub. Buşnell qızı ilə Floridaya, bacısının yanına yollanıb.

Həmin görüşdən çəkilən kadrlar hər kəsi kövrəldib. Bacılar çox xoşbəxt olduqlarını, lakin əkiz bacı ilə keçirə biləcəkləri 36 ili itirdiklərinə görə təəssüfləndiklərini etiraf ediblər.

FİLM KİMİ: Doğuşda ayrılan əkizlər 36 il sonra, doğum günlərində GÖRÜŞDÜLƏR - FOTO-VİDEO


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ