Sultanahmetdə bir şəxs Bizans dövrünə aid əsərləri oğurlamaq istəyərkən tutulub.
7News.az DHA-ya istinadən xəbər verir ki, bir evin həyətində qazıntı apardığı bildirilən şəxsin qazdığı tunelin Sultanahmet məscidinin altına qədər uzandığı məlum olub.
İstanbul Qaçaqmalçılıq İdarəsinin səlahiyyətliləri Sultanahmetdəki tarixi divarın olduğu ərazidə gizlin qazıntı aparıldığı barədə məlumat alıb. On gün əvvəl istintaq başlayıb. Polislər dünən Sultanahmet məhəlləsi, Akbıyık prospektindəki bir evin həyətində şübhəli Hakan Ö.-nü tutaraq nəzarətə götürüblər. Hadisə yerində Hakan Ö.-nün üzərindən Bizans dövrünə aid 23 küp və keramika parçaları, Bizans dövrünə aid 2 sikkə, qazıntının aparıldığı tuneldə Bizans və daha qədim dövrlərə aid olan əşyalar tapılıb.
Polis apardığı araşdırmada evin bağçasında təxminən 5 ay əvvəl 6 metr dərinliyində bir tunel açıldığını təsbit edərək, tunelin digər tərəfinin Sultanahmet məscidinin altına qədər getdiyini bildirib.
7News.az











