ABŞ və Finlandiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb. Bu müqaviləyə əsasən, ABŞ Finlandiyadakı 15 hərbi bazaya giriş əldə edir.
7NEWS.az xəbər verir ki, ABŞ və Finlandiya arasında müdafiə sahəsində imzalanmış müqaviləyə əsasən, ABŞ Finlandiyadakı 15 hərbi bazaya çıxış əldə edir. Razılaşmanın mətninə əsasən, ABŞ ordusu Finlandiya ərazisindəki 15 hərbi bazaya giriş əldə edir. Bundan əlavə, ABŞ-a Finlandiya ərazisinə müdafiə avadanlığı, material və maddi ehtiyatlar yerləşdirməyə, ABŞ təyyarələrinin, gəmilərinin və nəqliyyat vasitələrinin ölkə daxilində daxil olmasına və hərəkətinə icazə verildi.
7NEWS.az








