RU
Finlandiya ordusunda kadr çatışmazlığı: Hərbçilər NATO-da xidmətdən imtina edirlər
13:30
27

Finlandiya ordusunda kadr çatışmazlığı: Hərbçilər NATO-da xidmətdən imtina edirlər

Finlandiya silahlı qüvvələrində ciddi kadr itkisi baş verir. Bu tendensiya 2025-ci ildən bəri davam edir.

Finlandiyalı ictimai fəal Salli Rayski hərbçilərin kütləvi şəkildə ordudan getməsini yerli vətəndaşların NATO tərkibində xidmətdən boyun qaçırmaları ilə izah edib. Onun sözlərinə görə, bunun əsas səbəbi gələcək hərbi münaqişələrə və döyüşlərə cəlb olunma qorxusudur.

"RİA Novosti" agentliyinə danışan Rayski qeyd edib ki, vətəndaşlar orduya getmək istəmirlər: "Onlar dərk ediblər ki, Finlandiya və NATO birləşmələrində hərbi xidmət gözlənilməz macəralara gətirib çıxara bilər".

Fəal həmçinin vurğulayıb ki, hökumət gənc nəsli ordu sıralarına qatmaq məqsədilə millətçi təşkilatların imkanlarından faydalanmağa çalışır.

Xatırladaq ki, Salli Rayski daha öncə Rusiya Federasiyasına müraciət edərək oradan siyasi sığınacaq istəmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ