ABŞ-ın Alabama ştatında fırtına üzündən dəhşətli qəza baç verib.
I-65 ştatlararası magistral yolda 18 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 9-u uşaq olmaqla 10 nəfər həyatını itirib. Hadisə nəticəsində 29 yaşlı ata və 9 aylıq qızının da öldüyü öyrənilib. Yaralananların dəqiq sayı isə hələ ki müəyyənləşdirilməyib.








