RU
Fiziki qüsurlu şəxs döyülərək bıçaqlanıb
10:10
354

Fiziki qüsurlu şəxs döyülərək bıçaqlanıb

Bakıda fiziki qüsurlu şəxs döyülərək bıçaqlanıb.

7news.Az "Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu İmran Qasımov küçəsində qeydə alınıb. 44 yaşlı Abasov Kamran Nazim oğluna tanımadığı 2 nəfər yaxınlaşıb. Həmin şəxslər Kamrandan ilk öncə siqaret istəslər də, daha sonra onu naməlum səbəbdən döyməyə başlayıblar. Ona bıçaqla xəsarət də yetiriblər. Sonra hadisə yerindən qaçıblar.

Yaralıya 1 saylı şəhər xəstəxanasında tibbi yardım olunub, vəziyyəti stabildir.

Faktla bağlı Nəsimi rayon polis idarəinə məlumat verilib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ