RU
Flora Kərimova 20 gün danışmayacaq
23:05
2737

Flora Kərimova 20 gün danışmayacaq

Xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı həmkarı Flora Kərimova susqunluğunu qoruyur.

7news.Az axşam.az-a istinadən bildirir ki, Flora Kərimovanın köməkçisi Yaqut xanım musavat.com-a açıqlamasında xalq artistinin 20 gn danışmaycağını bildirib:

"Flora xanım heç bir sayta danışmır, açıqlama vermir. Deyib ki, 20 gün bu barədə danışmayacaq. Lakin övladları İlhamə Quliyevanın ölümü ilə bağlı onun yaxınlarına başsağlığı verir".

"Niyə məhz 20 gün?" sualına köməkçisi cavab olaraq səbəbini bilmədiyini deyib.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi fevralın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə, xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ