RU
Floridada qasırğa səbəbindən 5,5 milyondan çox insanı təxliyə olunmağa çağırıblar
10:50
15

Floridada qasırğa səbəbindən 5,5 milyondan çox insanı təxliyə olunmağa çağırıblar

ABŞ-nin Florida ştatının hakimiyyəti "Milton" qasırğasının yaxınlaşması səbəbindən ştatın 5,5 milyondan çox sakininin evlərini tərk etməsini və təxliyə olunmasını tövsiyə edib.

Bu barədə "The New York Times” qəzeti məlumat verib.

Nəşr qeyd edib ki, bu təxliyə ştatın tarixində ən böyük evakuasiyalardan biri olub. Hətta keçmişdə qasırğalar səbəbindən evlərini tərk etməməyi üstün tutan bəzi Florida sakinləri də tövsiyəyə qulaq asaraq getməyi qərara alıblar.

Hakimiyyət vətəndaşlardan ən yaxın sığınacaqlara getməyi və əsas təxliyə marşrutlarında avtomobil tıxaclarından qaçmaq üçün ölkənin dərinliklərinə uzağa getməməyi xahiş edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ