RU
Franko dövründə İspaniyanı tərk edənlərin övladlarına vətəndaşlıq verilir
14:30
1071

Franko dövründə İspaniyanı tərk edənlərin övladlarına vətəndaşlıq verilir

İspaniyanın hökuməti Vətəndaş müharibəsi (1936-1939) və general Frankonun hakimiyyəti zamanı (1939-1975) ölkəni tərk etmiş ispanlarla bağlı qanun qəbul edib.

Yeni qanun sözügedən dövrdə ölkənin tərk edənlərin övladları və nəvələrinin İspaniya vətəndaşlığını bərpa etməsinə imkan verir.
Qanunda göstərilir ki, Vətəndaş müharibəsi və general Frankonun hakimiyyəti dövründə ölkəni tərk edənlərin İspaniyadan kənarda dünyaya gələn övladları və nəvələri yaxın 2 il ərzində vətəndaşlıq almaq üçün İspaniya səfirliklərinə müraciət edə bilər.

Qeyd edək ki, Franko hakimiyyəti dövründə İspaniyanı tərk edənlərin dəqiq sayı məlum olmasa da, tarixçilər bu rəqəmin 2 milyonu keçdiyi qənaətindədirlər./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ