RU
Fransa Argentinanı FİFA-ya şikayət edəcək
17:18
64

Fransa Argentinanı FİFA-ya şikayət edəcək


7NEWS.az xəbər verir ki, Argentina millisinin qapıçısı Emiliano Martinez 2022-ci il dünya çempionatının final matçından sonra keçirilən bayram şənliyində fransalı hücumçu Kilian Mbappeni təhqir etdikdən sonra Fransanın maliyyə naziri Bruno Le Maire deyib ki, FIFA Argentinanın hərəkətlərini araşdırmalıdır. 

Argentinanın çempionluğu ilə başa çatan 2022 Dünya Çempionatının finalında Argentinanın qapıçısı Emiliano Martinezin hərəkətləri gündəmi yaradıb. Həmçinin Argentinanın evə qayıtması zamanı bir qrup azarkeş xaç və Mbappenin şəkli ilə bəzədilmiş tabutun qapağını yandırıb. 

Sud Radio-ya danışan Fransanın maliyyə naziri Bruno Le Maire deyib ki, bu "xoşagəlməz hərəkətlər" FİFA tərəfindən araşdırılmalıdır. O, həmçinin Le Maire, Mbappe və komanda yoldaşlarını irqçi təhqirlər edən azarkeşlərə qarşı rəsmi şikayət verəcəklərini bildirib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ