RU
Fransada məhdudiyyətlər yenidən sərtləşdirilir
01:00
1781

Fransada məhdudiyyətlər yenidən sərtləşdirilir

Avropa ölkələri COVİD-19-a yoluxmaların artması ilə əlaqədar məhdudiyyətləri sərtləşdirməkdə davam edir.

7NEWS.Az-ın xəbərinə görə, Fransada yoluxmaların artması ilə əlaqədar dekabrın 10-dan etibarən gecə klubları bağlanacaq.
Bu barədə Baş nazir Jan Kasteks mətbuat konfransında məlumat verib. Məhdudiyyət tədbiri 4 həftə qüvvədə olacaq. Şirkət rəhbərlərinə əməkdaşların distant rejimdə işləməsinə şərait yaratmaq tövsiyə olunub. Məktəblərdə də sanitar qaydalar sərtləşdiriləcək. Dekabrın 15-dən etibarən isə 5-11 yaş arası uşaqların vaksinasiya prosesi başlayacaq.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ