RU
Fransada muzeydən oğurlanan qızıl sikkələr Rusiyada aşkarlandı - FOTO
20:12
33

Fransada muzeydən oğurlanan qızıl sikkələr Rusiyada aşkarlandı - FOTO

Rusiya Federal Gömrük Xidmətinin (FGX) əməkdaşları Fransanın Sen-Remi dövlət muzeyindən 53 milyon rubl dəyərində (təqribən 1.2 milyon manat - red.) qızıl sikkələr kolleksiyasını oğurlayan Fransa vətəndaşının əməlini ifşa ediblər.

Bu barədə Federal Gömrük Xidməti məlumat yayıb. Bildirilib ki, 29 yaşlı Fransa vətəndaşı Antoni Kastelayn tarixi muzeyin işçisi olub. O, vəzifə səlahiyyətlərindən istifadə edərək muzey eksponatlarının bir hissəsini - Roma imperiyası və III Napoleonun hakimiyyəti dövrünə aid qızıl sikkələri oğurlayaraq qanunsuz yolla Rusiyaya gətirib.

Qeyd olunur ki, 2023-2024-cü illərdə hadisəni törədən şəxs dəfələrlə Moskvaya gəlib və gömrük nəzarətindən maneəsiz keçmək üçün oğurlanmış sikkələri pul kisəsinin xırda pul bölməsində gizlədərək onları avrosentlərlə qarışdırıb. O, paytaxtda qiymətli əşyaları müxtəlif numizmatik təşkilatlara, eləcə də şəxsi kolleksiyaçılara satıb.

Daha sonra İnterpol oğurlanmış qızıl sikkələrin axtarışı ilə bağlı bildiriş yayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təsvirə uyğun gələn 79 əşya aşkar edilərək götürülüb. Ekspertiza onların 78-nin orijinal və mədəni sərvət olduğunu, bir sikkənin isə surət olduğunu göstərib.

Artıq hadisə ilə bağlı cinayət işi açılıb.
 
Fransada muzeydən oğurlanan qızıl sikkələr Rusiyada aşkarlandı - FOTO
Fransada muzeydən oğurlanan qızıl sikkələr Rusiyada aşkarlandı - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ