RU
Fransada son sutkada 208 mindən çox insan COVID-19-a yoluxub
22:00
447

Fransada son sutkada 208 mindən çox insan COVID-19-a yoluxub

Son sutkada Fransada COVID-19-a rekord sayda yoluxma qeydə alınıb.

7NEWS.Az-ın "France 24" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə naziri Olivier Veran Milli Assambleyada çıxışında bildirib.
Onun sözlərində görə, son 24 saat ərzində ölkədə 208 mindən çox yoluxma qeydə alınıb ki bu həm ölkə üçün, həm də ümumilikdə Avropada indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

Səhiyyə naziri bildirib ki, hər ötən saniyə Fransanın iki vətəndaşında COVİD-19-a yoluxma aşkarlanır. O deyib ki, hazırda reanimiasiyada olan xəstələrin 70 faizindən çoxu peyvənd olunmamış şəxslərdir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ