RU
Fransada təlim atışları poliqonda yanğına səbəb olub
10:15
80

Fransada təlim atışları poliqonda yanğına səbəb olub

Fransanın cənub-şərqindəki Var departamentində artilleriya atışları hərbi baza yaxınlığındakı təlim poliqonunda təxminən 200 hektar ərazini əhatə edən yanğına səbəb olub.

Bu barədə BFM telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yanğınla mübarizəyə təlim meydançasında partlayıcı əşyaların olması ehtimalı mane olur.

Yanğınsöndürənləri təhlükəyə atmamaq üçün dörd təyyarə alovun söndürülməsinə cəlb edilib.

Ümumilikdə 95 yanğınsöndürən və hərbçi yanğınla mübarizə aparır, onlar yanğının poliqon ərazisindən kənara çıxmamasına çalışırlar./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ