Fransanın Mayen əyalətində evdə baş verən yanğın nəticəsində eyni ailədən 4 nəfərin öldüyü, 2 nəfərin isə ağır yaralandığı bildirilib.
7NEWS.az xəbər verir ki, Fransa mətbuatının Laval prokuroru Anne-Lyse Jarthon-un yazılı açıqlamasına əsaslanan xəbərə görə, dünən Mayen əyalətinin Trans kəndində bir evdə yanğın baş verib. Cütlüyün 4 uşağı ilə yaşadığı evdə baş verən yanğında ana və 3 uşağına aid olduğu düşünülən 4 cansız cəsəd tapılıb. Xəsarətlə evdən çıxarılan 2 yaşlı uşaq və 42 yaşlı atanın səhhətlərinin ağır olduğu, həyatlarının təhlükə altında olduğu qeyd edilib.
İlk təsbitlərə görə təsadüfən başladığı düşünülən yanğınla bağlı araşdırma başladılıb.
7NEWS.az








