Fransanın Moskvadakı səfirliyi Krımdan içərisində ölü siçan və hörümçək olan qeyri-adi bağlama alıb.
Hazırda polis hadisəni araşdırır.
Bildirilib ki, hadisə ötən həftə baş versə də, indi məlum olub. Fransanın Moskvadakı səfirliyinin nümayəndəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.
"Səfirliyə qeyri-adi bağlama gəlib. İçərisində ölü siçan və ölü hörümçək olub. Göndərən Krımdan olan Notarianni adlı şəxs olub", - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib./apa
7NEWS.Az








