Azərbaycanda gələn həftə 4 gün iş olacaq.
Buna səbəb 9 May – Faşizm Üzərində Qələbə Gününün həftəsonuna təsadüf etməsidir.
Belə ki, Əmək Məcəlləsinə əsasən, bayram günü şənbə və ya bazar gününə düşdükdə, növbəti iş günü qeyri-iş günü hesab edilir. Bu səbəbdən də bayram tətili 11 maya – bazar ertəsinə keçiriləcək.
Nəticədə vətəndaşlar gələn həftə yalnız 4 gün işləyəcəklər.








