RU
Fuat Oktay:
18:40
171

Fuat Oktay: "Türkiyənin terrorçulara qarşı mübarizəsi dünyanın təhlükəsizliyi üçündür"

"Türkiyənin regionda terrorçulara qarşı apardığı mübarizə bütün dünyanın təhlükəsizliyi üçündür".

7NEWS.Az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, Türkiyə bu mübarizədə tək qalarsa və ya dünya gücləri terrorçuları dəstəkləyərsə, o zaman hər kəs ağır nəticə ilə üzləşəcək.

Vitse-prezident həmçinin Türkiyənin terrorla mübarizə sahəsində təcrübəsini bütün dost ölkələrlə bölüşməyə hazır olduğunu vurğulayıb.

O bildirib ki, hazırda terrorçulara qarşı mübarizə davam edir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ