RU
GÜCLÜ SOSİAL-İQDİSADİ İRADƏMiZ  VAR - Müşfiq Cəfərov yazır
11:15
853

GÜCLÜ SOSİAL-İQDİSADİ İRADƏMiZ VAR - Müşfiq Cəfərov yazır

Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair video müşavirə keçirilmişdir. Müşavirədə iqtisadi inkişaf, insan amili və özünü məşuğulluq məsələləriəsas və ön planda müzakirə edilmişdir.

Cənab Prezident İlham Əliyev öz çıxışında xüsusilə qeyd etdiyi bir məqam olmuşdur "hal-hazırda dünyada tüğyan edən bəla COVID 19- lamübarizə çərçivəsində 150-dən artıq ölkə Beynəlxalq Valyuta Fonduna dəstək üçün müraciət etmişlər, lakin bu ölkələrin içərisində Azərbaycanın olmaması müsbət haldır və bu bizim sosial-iqdisadi gücümüzün olduğunun mühüm göstəricilərdən biridir” ifadəsi və görülən tədbirlər Azərbaycanın sosial-iqdisadi gücünün olmasını bir daha sübut edir.

Millət vəkili Müşfiq Cəfərov ölkə başçısının müşavirə müddətində özünüməşğulluq proqramına xüsusi diqqət ayırması və bu sahəni gündəmə gətirməsi bu gün üçün çox önəmlidir. Cənab Prezident bu sahənin inkişaf etdirilməsi üçün öz tapşırıqlarını verdi və bankların da bu fəaliyyətə qoşulmasını alqışladı. Qeyd etdi ki, bu proqrama çox böyük tələbat var. Nəzərə alsaq ki, biz təqribən 3, 4, 5 minlə başlamışıq. Bu gün mənə təqdim olunan hesabatda 12 min insanın özünüməşğulluq proqramına cəlb edilməsi, çox müsbət bir haldır. İndi Dünya Bankı da buna qoşuldu. Onlar tərəfindən də vəsaitələr veriləcək, bizim banklar da verəcək. Çünki tələbat daha çoxdur. Təqribən 40-50 min tələb, yəni, sifariş var. Ona görə xüsusilə indiki şəraitdə mikro biznesin inkişafı mütləq aparılmalıdır ki, biz biznesi qoruyaq, onlara dəstək verək və razıyam ki, artıq normal həyata qayıtmaq üçün hazırlıq işlərimizi aparmalıyıq.

Dövlət başçısının müvafiq sərəncamına əsasən ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqram aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qaldırılmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına və yeni iş yerlərinin yaradılması üçün şərait yarat­maq­dadır. Məlumdur ki, məşğulluğun iqtisadiyyatın real sektoruna təsiri böyükdür. Görülən tədbirlər tam və vaxtında icra edilərsə gündəlik dinamikada özünü göstərəcək. Azərbaycanda bu tədbirlərin lazımı səviyyədə görülməsi üçün kifayət qədər mütəxəsis resursları və güclü sosial-iqtisadi iradəsi var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ